• Məlumatların toplanması və istifadəsi: Şəxsi məlumatlarınızı (ad, iş, doğum tarixi, e-poçt, sosial şəbəkələr, ünvan, foto və s.) göndərərək, bu məlumatların NFC kartına yazılması və saytımızda (smarto.az) yerləşdirilən keçiddə göstərilməsi üçün istifadəsinə razılıq verirsiniz.
  • Məlumatlara giriş: Məlumatlarınız saytda yerləşdirildikdən sonra, onlara unikal keçidə malik olan istənilən şəxs daxil ola bilər. Biz həmin keçidə sahib olan üçüncü şəxslərin məlumatlarınızdan necə istifadə edə biləcəklərini nəzarət edə bilmərik və bununla bağlı mümkün nəticələr üçün məsuliyyət daşımırıq.
  • Məlumatların düzgünlüyü: Siz təqdim etdiyiniz məlumatların dəqiqliyi və düzgünlüyünə görə məsuliyyət daşıyırsınız. Biz yanlış məlumatların göndərilməsi nəticəsində yarana biləcək mümkün səhvlər və ya nəticələr üçün məsuliyyət daşımırıq.
  • Məlumatların dəyişdirilməsi və ya silinməsi: Siz istənilən vaxt Şəxsi kabinetə giriş edib məlumatlarınızı dəyişdirə və ya silinə bilərsiniz.
  • Şikayətlər: Əlaqə məlumatlarınızın yerləşdirildiyi hər səhifənin aşağısında “şikayət” linki mövcuddur. Əgər siz və ya digər şəxslər məlumatlarınızın qanunsuz istifadəsini və ya yayılmasını aşkar edərsinizsə, bu linkə klikləyərək şikayət formasını doldurub göndərə bilərsiniz. Biz bütün daxil olan şikayətləri nəzərdən keçirəcək və müvafiq tədbirlər görəcəyik.
  • Şərtlərin qəbulu: Məlumatlarınızı göndərməklə, siz bu şərtlərlə tanış olduğunuzu və onların icrasına razılıq verdiyinizi təsdiq edirsiniz.