SMARTO MMC · Azerbaijan

Azərbaycan bazarında
etibarlı yerli tərəfdaş
axtarırsınız?

Ağıllı ev, avtomatlaşdırma və rəqəmsal texnologiyalar sahəsindəki məhsullarınızı Azərbaycan bazarında birlikdə inkişaf etdirək.

SMARTO MMC haqqında

SMARTO MMC Azərbaycanda fəaliyyət göstərən texnologiya şirkətidir. Şirkətimiz ağıllı ev sistemləri, avtomatlaşdırma həlləri, rəqəmsal məhsullar və müasir texnologiyaların tətbiqi üzrə ixtisaslaşır.

SMARTEV brendi vasitəsilə fərdi evlər, villalar, mənzillər, ofislər və kommersiya obyektləri üçün ağıllı ev sistemlərinin seçimi, quraşdırılması, konfiqurasiyası və texniki dəstəyini həyata keçiririk.

Bizim məqsədimiz sadəcə məhsul satmaq deyil — müştəriyə işlək, etibarlı və uzunmüddətli texnoloji həll təqdim etməkdir.

SMARTO Texnologiya şirkəti
SMARTEV Ağıllı ev brendi
B2B Partnyor kanalları
AZ Azərbaycan bazarı

Xarici istehsalçılara nə təklif edirik?

Azərbaycan bazarına giriş üçün lokal dəstək — məhsulun ilkin qiymətləndirilməsindən satış sonrası texniki xidmətə qədər.

Yerli bazarda qiymətləndirmə

Məhsulların Azərbaycan bazarında ilkin qiymətləndirilməsi, texniki test və uyğunluq yoxlaması.

Demo və showroom nümayişi

Məhsulun müştərilərə və B2B partnyorlara demo formatında canlı təqdimatı.

Layihə əsaslı satış

Məhsulları ev, villa, ofis, dizayn və tikinti layihələri üzərindən B2B kanallarla satış.

Quraşdırma və konfiqurasiya

Peşəkar texniki komanda ilə birlikdə məhsulun quraşdırılması və konfiqurasiyası.

Satış sonrası texniki dəstək

Müştəriyə tam xidmət: konsultasiya, problem həll etmə, texniki yardım.

Bazar geri bildirimi

Yerli bazardan real müştəri rəylərinin toplanması və istehsalçıya ötürülməsi.

Dealer / distribütor model

Uzunmüddətli dealer, distribütor və ya rəsmi yerli tərəfdaşlıq modelinin qurulması.

Brend mövqelənməsi

Məhsulun bazarda düzgün mövqelənməsi, izahı, tanıdılması.

Hansı məhsullar bizim üçün maraqlıdır?

Ağıllı ev və müasir bina texnologiyaları ilə bağlı aşağıdakı kateqoriyalar üzrə əməkdaşlığa açığıq.

Ağıllı qapı kilidləri Elektrik motorlu karniz sistemləri Ağıllı sensorlar Ağıllı işıqlandırma həlləri KNX əsaslı cihazlar Modbus əsaslı cihazlar Təhlükəsizlik sistemləri Giriş nəzarət sistemləri Su sızması aşkarlama Su bağlama sistemləri Ağıllı ev idarəetmə panelləri Avtomatlaşdırma kontrollerləri Villa texnologiya məhsulları Ofis avtomatlaşdırma

Niyə SMARTO MMC?

Biz məhsulu real layihəyə tətbiq etməyi, müştəriyə izah etməyi, quraşdırmağı və texniki dəstək verməyi bacarırıq.

01

Yerli bazarı tanıyırıq

Azərbaycan bazarında müştərilərin nə istədiyini, hansı qiymət aralığının uyğun olduğunu və hansı məhsulların maraq yaratdığını anlayırıq.

02

Texniki inteqrasiya bacarığımız var

Modbus, KNX, PLC əsaslı avtomatlaşdırma və müxtəlif texnoloji həllərlə işləyirik.

03

Layihə əsaslı satış modelimiz var

Ev, villa, ofis, təmir, dizayn və tikinti layihələri üzərindən məhsulları real tətbiqdə satmaq bacarığı.

04

Müştəriyə tam xidmət göstəririk

Konsultasiya, məhsul seçimi, quraşdırma, konfiqurasiya və satış sonrası texniki dəstək.

05

Brendi düzgün təqdim etməyi bacarırıq

Məhsulun bazarda düzgün mövqelənməsi, izahı və tanıdılması — sadəcə satmaq yox, inkişaf etdirmək.

Məhsullarınızı kimlərə təqdim edə bilərik?

SMARTO MMC və SMARTEV olaraq müxtəlif müştəri və partnyor qrupları ilə işləyirik. Məhsullarınızı aşağıdakı istiqamətlər üzrə təqdim etmək mümkündür.

  • Fərdi ev sahibləri
  • Villa sahibləri
  • Yeni mənzil alan müştərilər
  • Təmir və tikinti şirkətləri
  • İnteryer dizaynerləri
  • Memarlıq və layihə şirkətləri
  • Ofis və kommersiya obyektləri
  • Smart home müştəriləri
  • Pərdə və karniz sahəsindəki partnyorlar
  • Premium yaşayış layihələri

Əməkdaşlıq necə başlaya bilər?

Düzgün əməkdaşlıq tələsik qərarla yox, mərhələli şəkildə qurulmalıdır.

01

Məlumat yoxlaması

Məhsul kataloqu, texniki sənədlər, qiymətlər, MOQ, zəmanət şərtləri və sertifikatların alınması.

02

Model seçimi

Azərbaycan bazarı üçün daha uyğun olan modellər seçilir: qiymət, keyfiyyət, dizayn, funksiya.

03

Nümunə və test

Seçilmiş məhsullar test edilir: stabillik, tətbiq imkanları, lokal bazara uyğunluq yoxlanılır.

04

Demo və təqdimat

Uyğun məhsullar müştərilərə, partnyorlara və layihə şirkətlərinə təqdim olunur.

05

Satış və dəstək

Məhsulun satışı, quraşdırılması və satış sonrası texniki dəstəyin təşkili.

06

Uzunmüddətli əməkdaşlıq

Nəticələr uğurlu olduqda dealer, distribütor və ya rəsmi tərəfdaşlıq müzakirə edilir.

For International Manufacturers

Open to international cooperation

SMARTO MMC is open to cooperation with international manufacturers looking for a reliable local partner in Azerbaijan. We can support product testing, market feedback, local presentation, project-based sales, installation and after-sales technical support.

If you manufacture smart home, automation, smart lock, motorized curtain, sensor, controller or related technology products, contact us to discuss cooperation opportunities in the Azerbaijan market.

Contact us

Etibarlı istehsalçılarla uzunmüddətli əməkdaşlıq

Biz aşağıdakı xüsusiyyətlərə malik istehsalçılarla işləməkdə maraqlıyıq.

Keyfiyyətli və stabil məhsul

İstehsalçı keyfiyyətli məhsul istehsal edir, texniki sənədləri və məhsul dəstəyini tam şəkildə təmin edir.

Aydın zəmanət şərtləri

Zəmanət şərtləri şəffaf və müştəriyə izah edilə bilən formada olmalıdır.

Uzunmüddətli perspektiv

İstehsalçı lokal bazar inkişafına ciddi yanaşır; partnyorunu yalnız alıcı deyil, inkişaf tərəfdaşı kimi görür.

Azərbaycan bazarına daxil olmaq istəyirsiniz?

Məhsulunuzu araşdırmağa, bazar uyğunluğunu qiymətləndirməyə və mümkün əməkdaşlıq modelini müzakirə etməyə hazırıq.

Əməkdaşlıq üçün əlaqə saxlayın